Ukraynanın müdafiəsində əsas mərhələlərdən biri Türkiyə tərəfindən İstanbul və Çanaqqala boğazlarının bağlanması oldu.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
“Biz “Moskva” kreyserini batırdıq, daha iki rus kreyseri isə Aralıq dənizində gözləyirdi. Türkiyənin boğazları bağlaması isə, məncə, Rusiyanın dənizdəki üstünlüyündən istifadə edərək Odessa, Nikolayev və Moskvanın planlarına görə dənizdən əməliyyatlar nəticəsində işğal edilməli olan digər ərazilərin ələ keçirilməsinə imkan vermədi”, – səfir bildirib.