Türkiyə Milli Müdafiə Nazirliyinin texniki heyəti F-16 təyyarələrinin tədarükü və modernləşdirilməsinin ən qısa zamanda həyata keçirilməsi məqsədilə danışıqlar aparmaq üçün ABŞ-a gedib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Səfərin ABŞ tərəfinin dəvəti əsasında baş tutduğu bildirilib.