Türkiyə Qafqazda sülh və sabitliyin hökm sürməsi üçün səylərini davam etdirir.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları “3+3” platforması çərçivəsində növbəti görüşə ev sahibliyi etmək planşdırır.