Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında Stokholmda Quranın yandırılmasından sonra İsveçə qarşı planlaşdırılan diplomatik cavab tədbirləri nəzərdən keçiriləcək.
AzerTimes xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq hökumətin iclasında Ukrayna böhranının nizamlanması məsələsinə də toxunulacaq.
Bundan əlavə, hökumətin iclasında Türkiyədə prezident və parlament seçkilərinin vaxtı da müzakirəyə çıxarılacaq.