Türkiyə daxili işlər naziri Süleyman Soylu Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyanı ziyarət edib.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Türkiyə”nin məlumatında bildirilib.
Soylu erməni patriarxla görüşdə bütün məsələlərlə onların yanında olduqlarını bildirib:
“Biz buradan bütün dünyaya nümunə göstərməliyik. İstanbulun nə olduğunu, Anadolu sivilizasiyasını, birlikdə yaşamaq anlayışını göstərməliyik”.