Türkiyə NATO-ya bütün sahələrdə ən çox töhfə verən ölkələr
arasında həmişə ilk 5-likdədir.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud
Çavuşoğlu deyib.
“NATO üzvləri arasında fikir ayrılıqları var. Amma Türkiyə
NATO-nun möhkəm müttəfiqidir və alyansa töhfə verməyə davam edəcək.
Türkiyə NATO üzvlərinin 90 faizindən daha çox töhfə verir”, – deyə
nazir qeyd edib.