Türkiyə NATO-nun Finlandiya və İsveçlə üçtərəfli danışıqlar aparmaq təklifini rədd edib və bu gün keçirilməsi planlaşdırılan görüş baş tutmayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Faynenşl Tayms” NATO-dakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, üçtərəfli danışıqlardan əvvəl Ankara Helsinki və Stokholmdan PKK ilə əlaqələri dayandırmaq üçün konkret təkliflər vermələrini tələb edib.