Türkiyə müxalifəti prezident seçkisində vahid namizədini fevralda açıqlayacaq.
AzerTimes xəbər verir ki, bunu türkiyəli köşə yazarı Abdulkadir Selvi deyib.
Qeyd olunur ki, Türkiyənin altı müxalifət partiyasının liderləri indi qarşıdan gələn seçki ilə bağlı məsləhətləşmələr aparır. Artıq birinci görüşdən sonra onlar ölkənin gücləndirilmiş parlament idarəetmə sisteminə keçidi ilə bağlı memorandumun hazırlandığını bəyan ediblər.