Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə müdafiə sənayesi məhsulları istehsalını Azərbaycanla birgə təşkil etmək istəyir.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Demir deyib.
Onun sözlərinə görə, illərlə işğal altında qalmış Azərbaycan torpaqları yerli istehsal olan silah və texnika sayəsində azad edilib:
“Biz sənayeni birgə inkişaf etdirmək, iki dövlətin bacarıqlarını birləşdirmək istəyirik. Hər hansı məhsulun alınması və satılmasından daha çox, sənaye və texnoloji infrastrukturun gücləndirilməsi ilə bağlı yol xəritəsi hazırlanacaq. Məhsulların alqı-satqısı ilkin mərhələnin bir hissəsidir. Bununla bağlı daha böyük addımların atılması mümkündür”.