Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
AzerTimes xəbər verir ki, bununla bağlı nazirlik Tvitterdə paylaşım edib.
Paylaşımda deyilir:
“Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbir diləyirik”.