Türkiyə ilə Misir arasında “Bayraqdar TB2”nin satışı ilə bağlı müqavilə imzalana bilər.
AzerTimes xəbər verir ki, bununla bağlı “Forbes” jurnalı məlumat yayıb.
Məlumatda iki ölkə arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müdafiə sənayesi və təhlükəsizlik sahəsində müqavilələrin imzalana biləcəyi bildirilib.
Xəbərdə Türkiyənin 2021-ci ildə Efiopiya və Mərakeşə “Bayraqdar TB2”lər satdığını və tərəfsizliyini göstərmək üçün Misirə də bununla bağlı təklif verə biləcəyi qeyd olunub.