Türkiyə mina xəritələrinin tez bir zamanda Azərbaycana verilməsini tələb edir – Səfir

Xəbər - Elçin Mehdiyev – Trend:

Türkiyə bütün məsələlərdə olduğu kimi minaların təmizlənməsi məsələsində də Azərbaycana əlindən gələn dəstəyi verməyə çalışır.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, indiyə qədər Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsi beynəlxalq hüquqa ziddir: “Türkiyə bu xəritələrin tez bir zamanda Azərbaycana verilməsini tələb edir. Eyni zamanda minaların təmizlənməsi məsələsində də Azərbaycana dəstək veririk. Hazırda Türkiyənin minatəmizləmə qrupları da işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edirlər”.

Teqlər: