Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Ştefan Kuntsla yollarını ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Federasiya almaniyalı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını açıqlayıb.
Qeyd edək ki, Ştefan Kunts 2021-ci ildən Türkiyə millisinə rəhbərlik edib.