Türkiyə millisinin iki voleybolçusu – Mehmet Can Ağırbaş və Emincan Kocabaş zəlzələ nəticəsində həlak olub.
AzerTimes xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Hər iki voleybolçu “Malatya Böyükşəhər Bələdiyyəspor”un formasını geyinib.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.