Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin
Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Trend xəbər verir ki, mayın 26-da Prezident Administrasiyasında
keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri
müzakirə olunub.
İclasla bağlı açıqlamada bildirilir ki, ölkənin cənub
sərhədlərində həyata keçirilən və ya aparılacaq əməliyyatlar qonşu
ölkələrin ərazi bütövlüyünü hədəf almır, milli təhlükəsizlik
zərurətindən irəli gəlir.
Vurğulanır ki, beynəlxalq ittifaqlarda müttəfiqlik ruhuna hər
zaman uyğun hərəkət edən Türkiyə müttəfiqlərindən də eyni
məsuliyyəti və səmimiyyəti gözləyir. “Terrora dəstək verərək
beynəlxalq hüququ pozan ölkələri buna son qoymağa və Türkiyənin
təhlükəsizliklə bağlı həssaslığını nəzərə almağa çağırdıq”, – deyə
açıqlamada qeyd olunub.