Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qonaqlara xüsusi təyinatlı təhsil müəssisələrinin tarixi və fəaliyyəti barədə brifinq təqdim edilib.
Türkiyəli nümayəndə heyəti təhsil müəssisələrinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olduqdan sonra tədris prosesini izləyib.
Professor E.Afyoncu təhsil müəssisələrindəki xatirə kitablarına öz ürək sözlərini yazıb.
Sonda qonaqlara komandanlıq adından hədiyyələr təqdim edilib.