Türkiyə Milli Müdafiə Naziri yerli AKYA torpedasının ilk buraxılışını həyata keçirib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar yerli MÜREN atəş
idarəetmə sistemindən istifadə etməklə TCG Preveze sualtı
qayığından atılan AKYA torpedosunun sınaqlarında iştirak edib.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, nazir layihənin
həyata keçirilməsində iştirak edən ROKETSAN nümayəndələrinə və
TÜBİTAK mütəxəssislərinə təşəkkür etdi. Hulusi Akar Türkiyə HDQ
üçün sualtı qayıqların əhəmiyyətinə vurğulayıb.

“Türkiyə sahillərində yerləşdiyi bütün dənizlərin sularında
sülhün tərəfdarıdır. Bütün ziddiyyətlər dialoq yolu ilə həll
edilməlidir. Eyni zamanda, kifayət qədər müdafiə gücünün
formalaşdırılması çox vacibdir ki, bu da qarşı tərəfin istənilən
hücumunu dəf etməyə imkan verir. Biz Türkiyə silahlı qüvvələrinin
daha da gücləndirilməsi istiqamətində kursumuzu davam etdirəcəyik”,
– deyə nazir əlavə edib.

Teqlər: