Türkiyənin antiinhisar tənzimləyicisi Rəqabət Şurası bazarda dominant mövqeyindən sui-istifadə etdiyi üçün “Meta” şirkətinə müvəqqəti məhdudlaşdırıcı tədbir və cərimə tətbiq etmək qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə tənzimləyicinin saytında yerləşdirilən qərarda deyilir.
“Prosesin mövzusu İnstaqram və Threads sosial şəbəkələrindəki hesabların birləşdirilməsidir. İstifadəçilərin bundan imtina etmək imkanı yoxdur. Belə bir vəziyyət sektorda rəqabətin sağlam inkişafına bərpaolunmaz ziyan vurur. Şirkət uzun illərdir bazarda fəaliyyət göstərir və hərtərəfli və ətraflı məlumat toplayır. “Meta”nın istifadəçi bazası reklamçılar üçün cəlbedicidir və şirkətin hərəkətləri rəqiblərin reklamçılara, eləcə də maliyyə resurslarına çıxışını çətinləşdirir. “Meta”nın siyasəti bazara giriş üçün maneə yaradır. Şirkət 60 gün ərzində istifadəçi hesablarının birləşdirilməsi ilə bağlı vəziyyəti düzəltməli və cərimə ödəməlidir. Bu tədbirlər həyata keçirilməzsə, o zaman məhkəmədə icraat başlana bilər”, – məlumatda deyilir.