Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin
keçirilən növbəti iclasında uçot dərəcəsi açıqlanıb.

Trend-in
məlumatına görə, Mərkəzi Bank uçot dərəcəsini dəyişməyərək, 14 faiz
səviyyəsində saxlayıb.

Xatırladaq ki, TMB ötən ilin dekabrında Türkiyə lirəsinin kəskin
ucuzlaşması fonunda həmin göstəricini 15 faizdən 14 faizədək
azaltmışdı.

Hazırda Türkiyə birjalarında ABŞ dolları 14,61 lirəyə
alınıb-satılır.