Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin 2022-ci ildə ilk növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək, 14 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, TMB ötən ilin dekabrında həmin göstəricini 15 faizdən 14 faizədək azaltmışdı.


Bugünkü qərardan sonra Türkiyə birjalarında ABŞ dolları lirəyə nisbətən 0,5 faizə yaxın ucuzlaşaraq 13,25 lirə təşkil edib.