Türkiyə Mariupoldan təxliyə məsələsində müsbət irəliləyişlərə ümid edir – Akar

Türkiyə Ukrayna və Rusiya tərəfləri ilə Mariupol şəhərindən
insanların təxliyəsi üçün səyləri əlaqələndirir. Biz çox yaxın
gələcəkdə bu məsələdə müsbət irəliləyişlərin olacağını gözləyirik
və ümid edirik.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi
Akara bildirib.

O, Türkiyənin Mariupoldan dəniz yolu ilə yaralıların, mülki
şəxslərin, eləcə də xarici vətəndaşların, o cümlədən Türkiyə
vətəndaşlarının təxliyyəsini təmin etmək təklifini xatırladıb.

Nazirin sözlərinə görə, Ankara Ukraynaya humanitar yardımın
çatdırılması üçün də səylər göstərir.