Türkiyə malların İsrailə ixracını məhdudlaşdırdı

Türkiyə malların İsrailə ixracını məhdudlaşdırdı

Türkiyənin Ticarət Nazirliyi aprelin 9-dan Qəzzada hərbi əməliyyatlar bitənə və humanitar yardımın maneəsiz çatdırılması üçün şərait yaradılana qədər 54 adda sənaye malının İsrailə ixracına məhdudiyyətlər tətbiq edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyinin yeni dərc olunan xüsusi qərarında bildirilib.

Məlumata görə, bu məhdudiyyətlər polad, alüminium, boya, elektrik kabelləri, aviasiya yanacağı, yağlar, gübrələr, bəzi növ sənaye avadanlıqlarından hazırlanan müxtəlif növ məhsullara tətbiq edilib.

Teqlər: