Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya xalqına başsağlığı və dəstək mesajı verib.
AzerTimes xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan X hesabında paylaşım edib.
Ərdoğan bu səhər Benqaziyə 3 uçuş təşkil edildiyini bildirib:
“Təyyarələrimizdə ilk növbədə axtarış-xilasetmə və digər işləri dəstəkləmək üçün 168 işçi, 2 axtarış-xilasetmə maşını, 2 xilasetmə qayığı göndəriləcək. Mənzil və digər ehtiyacları təmin etmək üçün 170 çadır, 600 ədyal, 400 qida və gigiyena təchizatı paketi, 20 generator, 1000 yağış paltarı, 500 çəkmə və 500 əl fənəri göndəriləcək. AFAD-la yanaşı, Baş Polis İdarəsi və Jandarma Baş komandanlığındakı işçilərimiz də ərazi işlərində iştirak edəcəklər”.
Qeyd edək ki, Liviyanın şərqində son iki gündə güclü tufan və daşqınlar nəticəsində 2800-dən çox insan həlak olub.