Türkiyə Superliqasının 3-cü turunda keçiriləcək 3 oyun təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Qeyd olunub ki, oyunların təxirə salınmasının səbəbi “Qalatasaray”, “Trabzonspor” və “Başakşəhər”in avrokubokların pley-off mərhələsində mübarizə aparmasıdır. Beləliklə, “Qalatasaray” – “Qaziantep”, “Trabzonspor” – “Kayserispor” və “Samsunspor” – “Başakşəhər” oyunları təxirə salınıb. Avropa Liqasının pley-off yarışında çıxış edəcək “Beşiktaş”ın yerli liqada oyunu isə əvvəlcədən nəzərdə tutulan vaxtda keçiriləcək.
Yekun təqvim daha sonra elan olunacaq.