Türkiyənin “Yeni Malatyaspor” komandası I Liqada iştirakını dayandıra bilər.
AzerTimes xəbər verir ki, bu barədə klubun prezidenti Əhməd Yaman danışıb.
“Türkiyə Futbol Federasiyasının verdiyi qərar biabırçılıqdır. Şəhərdə hər yer dağılıb. On gündən sonra oynamağa heç vaxt razı olmayacağıq. İdarə Heyəti ilə görüşəcəyik. Şərtlər dəyişməsə, çempionatı tərk edəcəyik”, – klub prezidenti qeyd edib.