Türkiyə Kiprin köməyini rədd etdi

Türkiyə Kiprin köməyini rədd etdi

Türkiyə Kipr Respublikasının xilasedicilərinin köməyindən imtina edib.

AzerTimes xəbər verir ki, bunu Kipr Xarici İşlər Nazirliyinin baş direktoru Kornilios Korniliu deyib.

“Kipr Respublikası Türkiyədə baş vermiş fəlakətli zəlzələdən sonra xilasetmə əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib, lakin Türkiyə tərəfi bu yardımı qəbul etməyib” , – Korniliu bildirib.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə güclü zəlzələlər baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 7108 nəfər həlak olub, 38 224 nəfər isə xəsarət alıb.

Teqlər: