Türkiyə kəşfiyyatı 5 İŞİD-çini ələ keçirdi

Türkiyə kəşfiyyatı 5 İŞİD-çini ələ keçirdi

Türkiyə xüsusi xidmət orqanları Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı beş İŞİD terrorçusunu yaxalayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Türkiyə Milli İstehbarat Təşkilatı Suriyanın şimalında hüquq-mühafizə orqanları ilə birlikdə İŞİD terror təşkilatının 5 silahlısının saxlanılması üçün əməliyyat keçirib. Həbs edilənlər arasında “Sülh çeşməsi” əməliyyat zonasındakı İŞİD liderlərindən biri Abu Səif Tadmuri (Əbu Dyucan/ Məhəmməd Xalid Əli ləqəbli) də olub”, – məlumatda bildirilib.

Qeyd olunur ki, saxlanılan yaraqlılardan bəziləri sui-qəsd cəhdlərində iştirak edib, yaxud partlayıcı qurğuların hazırlanmasında günahkardır.

Teqlər: