Türkiyə kanalı Naxçıvanı “yoxa çıxardı” – Foto

Türkiyə kanalı Naxçıvanı “yoxa çıxardı” – Foto

Türkiyənin ATV kanalında yayımlanan “Mən bu cahana sığmazam” (Ben bu cihana sığmazam) serialında qalmaqallı xəritə yenidən nümayiş olunub.

AzerTimes xəbər verir ki, serialın baş qəhrəmanı Cəzayir Türkün arxasında asılmış xəritədə Naxçıvan “yoxa çıxıb”.

Maraqlıdır ki, bununla Azərbaycanın Türkiyə ilə quru sərhədinin yoxa çıxmasından da filmin çəkiliş heyətinin “narahat olmadığı” görünür.

Qeyd edək ki, bu, serialda Azərbaycanla bağlım ilk qalmaqallı addım deyil. Serialın ötən ilin sentyabrında yayımlanan hissələrinin birində də masanın üzərində Azərbaycan bayrağı ilə yanaşı 1991-1993-cü illərdə bəzi mənbələrdə qeyri-rəsmi Naxçıvan Muxtar Respublikasının bayrağı kimi göstərilən bayraq görüntülənmişdi.

Azərbaycanın qardaş ölkədəki diplomatik missiyası indiyə qədər bu məsələyə reaksiya verməyib. ATV-nin dövlət kanalı, filmlərin isə ciddi təbliğat vasitəsi və geniş kütlədə ilk informasiya yaradıcısı olduğunu nəzərə alsaq, bu yanlışın düzəldilməsi üçün diplomatlarımızın müdaxiləsi çoxdan lazım idi.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu göndərmişik.

Teqlər: