Türkiyə Kabil hava limanı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır – Hulusi Akar

Türkiyə Əfqanıstandakı vəziyyəti yaxından izləyir. Müvafiq şərtlər yaranarsa və bir təklif olarsa, [Kabil beynəlxalq hava limanının idarə etməsi] məsələsinə baxa bilərik.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada jurnalistlərə bildirib.

Hulusi Akar Türkiyə hərbi kontingentinin son 20 ildə Əfqanıstanda müxtəlif missiyalarda uğurla iştirak etdiyini xatırladıb:


“Türkiyə Əfqanıstanın yenidən qurulmasına, Əfqanıstan xalqının təhlükəsizliyini və sabitliyini təmin etməyə töhfə vermək üçün çalışır. [Kabil hava limanı məsələsində] lazım olan şərtlər təmin edilməli, Türkiyə dövlət orqanlarının qərarları qəbul edilməli və təsdiq edilməli, həmçinin prezidentin göstərişləri verilməlidir. Bütün təklifləri nəzərdən keçirməyə hazırıq”.