Türkiyə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə
İsveç və Finlandiyanın terror təşkilatlarına verdiyi dəstəkdən
narahat olduğunu bildirib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi
görüşündən sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xüsusilə Türkiyə tərəfi İsveçdən silah
yardımı məsələsini qaldırıb.
M.Çavuşoğlu, həmçinin alyansa qoşulmaq niyyətində olan ölkələrin
(Türkiyə ilə bağlı) ixrac məhdudiyyətlərini qəbuledilməz
adlandırıb.
Xarici işlər naziri bir gün əvvəl Finlandiya və İsveçin xarici
işlər nazirləri ilə keçirilən üçtərəfli görüşə toxunub:
“Türkiyə tərəfinin narahatlığının aradan qaldırılması üçün birgə
fəaliyyət təklif edilib”, – deyə nazir bildirib.
“(Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı) təhlükəsizlik
təminatları olmalıdır. Bu ölkələr terror təşkilatlarına dəstəyi
dayandırmalıdır”, – deyə M.Çavuşoğlu əlavə edib.