Xəbər - Orxan Nəbiyev – Trend:
Ankara Birləşmiş Ərəb Əmirlikləri ilə olduğu kimi, Misir və İsraillə də münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən Türkiyə mətbuatına açıqlamasında deyib.
“Müvafiq qərarla səfirlər də müəyyən müddət ərzində təyin olunacaq. Bu ölkələrdə səfirlərimiz olmasa da, müvəqqəti işlər vəkilləri mövcuddur. Səfirlər müəyyən təqvim əsasında təyin olunacaq. Birləşmiş Ərəb Əmirlikləri ilə aramızda nə addımlar atılıbsa, Misir və İsraillə də buna bənzər addımlar atılacaq”, – deyə R.T.Ərdoğan həmin ölkələrdə səfirliklərin açılması barədə sualı cavablandırarkən deyib.
O əlavə edib ki, gələn ilin fevralında geniş nümayəndə heyəti ilə BƏƏ-yə səfər edəcək.