Türkiyənin İsraildəki fövqəladə və səlahiyyətli səfiri Şakir Özkan Torunlar geri çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, hücumları davam etdirməsi, humanitar yardımın fasiləsiz və davamlı ölkəyə girişinə icazə verməməsi səbəbindən Təl-Əvivdəki səfirimiz Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya çağırılması qərara alınıb”, – məlumatda bildirilib.