Türkiyə İrəvanı hədələdi: Abidəni sökməsəniz…

Türkiyə İrəvanı hədələdi: Abidəni sökməsəniz…

“Nemezis” abidəsi sökülməsə, Türkiyə əlavə tədbirlər görəcək.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Türkiyə təkcə hava məkanının bağlanması ilə kifayətlənməyəcək, əlavə tədbirlər görməyə davam edəcək”, – Çavuşoğlu bildirib.

Qeyd edək ki, İrəvanda türk diplomatları qətlə yetirən “Nemezis” terror hərəkatına heykəl qoyulduğu üçün Türkiyə Ermənistan təyyarələrinə hava məkanını bağlayıb.

Teqlər: