Türkiyə və İraq arasında təhlükəsizlik sazişi imzalanıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birgə mətbuat konfransında bildirib.
“Türkiyə ilə İraq arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə üzrə anlaşma memorandumu iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb”, – nazir qeyd edib.