Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə Silahlı Qüvvələri ölkənin Milli Kəşfiyyat Təşkilatı ilə birgə İraqın şimalında antiterror əməliyyatı keçirib.
AzerTimes-ın məlumatına görə, əməliyyatda 20-dən çox təyyarə iştirak edib.
Endirilən zərbələr nəticəsində terrorçulara məxsus 28 obyekt məhv edilib. Qeyd olunur ki, aviazərbələrin əsas hədəfi Türkiyə-İraq sərhədindən 200 kilometr cənubda, Asos bölgəsi olub.
Türkiyə Milli Müdafiə Nazirliyi antiterror əməliyyatlarının davam etdiriləcəyini bildirib.