Türkiyə iranlı məhbusları geri göndərir

Türkiyə iranlı məhbusları geri göndərir

Türkiyədə həbsxanada olan 40 iranlı məhkum bir ay ərzində ölkələrinə geri göndəriləcəklər.

AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İran Ədliyyə Nazirliyinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əsgər Cəlalian ilə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub.

Qeyd edək ki, Türkiyədə həbsdə olan iranlıların çoxu narkotik maddələrin alverində günahlandırılırlar.

Teqlər: