Türkiyə inflyasiyaya qarşı mübarizə aparır.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Türkiyə Mərkəzi Bankın sədri Hafizə Qaye Erkan çıxış edib.
“Əminəm ki, bütün iqtisadi bölmələrimiz hökumətimizin qarşıya qoyduğu iqtisadi hədəflərə uyğun olaraq inflyasiya ilə mübarizə aparmaq üçün qollarını çırmalayıblar. Əminəm ki, biz bunu ardıcıl və qətiyyətlə, məqsədyönlü şəkildə edəcəyik. Bu səbəbdən maliyyə sabitliyi üçün qiymət sabitliyi çox vacibdir”, – bank sədri qeyd edib.