Türkiyə yeni silahlı pilotsuz dəniz vasitəsinin (SİDA) sınaqlarını keçirib.
AzerTimes xəbə verir ki, bu barədə “Star” məlumat yayıb.
Məlumata görə, ARES şirkətinin hazırladığı ULAQ adlı SİDA-nın bu gün keçirilən sınağı uğurlu olub.
Yerli mühərrikə malik ULAQ dənizdə yüksək sürətlə hərəkət etmək qabiliyyətindədir. SİDA lazerlə idarə olunan L-UMTAS tankəleyhinə uzaq mənzilli raketlə təchiz edilib.
Qeyd edək ki, pilotsuz vasitəsinin ilin sonuna kimi istifadəyə veriləcəyi gözlənilir.