Türkiyə ilk dəfə NATO və Avropa İttifaqına üzv ölkəsinə PUA tədarük edəcək – Ərdoğan

Son iki onillik müddəti ərzində Türkiyə müdafiə sənayesi sahəsində dünya liderləri sırasına çıxmağı bacarıb.

AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşalı həmkarı Anjey Duda ilə Ankaradakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Varşavanın Ankaradan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının almaq qərarını şərh edən R.T.Ərdoğan qeyd edib ki, tarixində ilk dəfə olaraq Türkiyə NATO və Avropa İttifaqı üzvü olan bir ölkəyə PUA-lar ixrac edəcək.


Dövlət başçısı NATO-nun alyansa üzv ölkələrin hava məkanını qorumaq üçün genişləndirilmiş missiyası çərçivəsində Türkiyənin yaxın zamanda F-16 təyyarələrini Polşaya göndərəcəyini bildirib.