Türkiyə ilə yeni gərginliyə hazırıq – Afina

Türkiyə ilə yeni gərginliyə hazırıq – Afina

Türkiyə ilə münasibətlərdə son vaxtlar yumşalma müşahidə olunsa da, realist olmaq lazımdır.

AzerTimes xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Nikos Dendias deyib.

Nazir bildirib ki, Türkiyənin revizionist xəttindən uzaqlaşaraq Afina ilə dialoqa girəcəyinə ümid edir:

“Problemlərin beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıyıq. Yenə də Yunan-Türkiyə münasibətləri və Kiprlə bağlı illüziyalara qapılacaq qədər həssas olmamalıyıq. Türkiyədə keçiriləcək seçkilər nəticəsində qurulacaq istənilən hökumətlə əməkdaşlığa hazırıq. Türkiyə ilə yeni gərginliklərə də hazırıq”.

Teqlər: