Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfəri çərçivəsində sabah Türkiyə ilə Ukrayna arasında azad ticarət sazişi imzalanacaq.
Trend-in məlumatına görə, bunu Tütkiyənin ticarət naziri Mehmet Muş deyib.
“Sabah, fevralın 3-də biz Ukrayna ilə yeni nəsil azad ticarət sazişi imzalayacağıq. Ukrayna ilə münasibətlərimizdə ticarət çox vacib sahədir. 2021-ci ildə qarşılıqlı ticarətin həcmi 59 faiz artaraq 7,4 milyard dollar təşkil edib”, – deyə nazir bildirib.
Xatırladaq ki, R.T.Ərdoğan ötən gün açıqlmasında Ukraynaya səfər edəcəyini bildirmişdi. O, həmçinin, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyini deyib.