Azərbaycan və Türkiyə arasında sərhəd-buraxılış məntəqələrində nəqliyyat vasitələrinin sürətli keçidi təmin olunacaq.
Dövlət Gömrük Komitəsindən (DGK) AzerTimes-a verilən məlumata görə, bu barədə DGK sədrinin müavini Bəhruz Quliyev və Türkiyənin Dilucu Gömrük Müdirliyinin müdir vəkili Erdan Esenin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bildirilib.
Görüşdə bu istiqamətdə imkanların artırılması məsələləri müzakirə edilib.
Qeyd olunub ki, hər iki ölkənin gömrükçüləri arasında keçirilən görüş əməkdaşlığın daha da dərinləşməsinə və əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.