Bolqarıstan-Türkiyə sərhədindəki bütün keçid məntəqələri oktyabrın 29-dan 30-na keçən gecə bağlı olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sərhədin bağlanmasına səbəb kimi Türkiyə tərəfdən informasiya sistemlərinin yenilənməsi göstərilib.