Bu gün Moskvada Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətlərinə Türkiyədən xarici işlər nazirinin müavini Burak Akçapar, Rusiyadan isə xarici işlər nazirlərinin müavinləri Sergey Verşinin və Aleksandr Qruşko başçılıq edəcəklər.