Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
AzerTimes-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Emin Qarabağlı bildirib ki, bu saziş hər iki ölkənin dağ-mədən sənayesinin inkişafında əməkdaşlığın daha da gücləndirilməsinə və tərəflər arasında təcrübə mübadiləsinin aparılmasına şərait yaradacaq.
Nazirlik rəsmisi qardaş ölkə ilə imzalanan memorandumun bütün istiqamətlərdə olduğu kimi, mədənçilik sahəsində də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.