Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri və regional hadisələri müzakirə ediblər.
Bundan əlavə, T.Ərdoğan İranda yeni rəhbərliyin hakimiyyətə gəlişindən sonra ölkələrin yüksək səviyyəli əməkdaşlığa və yaxın dialoqa davam edəcəyinə inandığını vurğulayıb.