Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində infrastrukturun qaydaya salınması üzərində iş gedir və yaxın vaxtlarda başa çatdırılacaq.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.
“Ümid edirik ki, Türkiyə tərəfi də sözünün üstündə duracaq. Proses hələ də dayanmayıb və nümayəndə heyəti ilə əlaqə saxlayıram”, – Rubinyan bildirib.
Hələlik yeni görüşlə bağlı razılığın olmadınğını deyən Rubinyan bunu razılaşmanın mövcudluğu və onun həyata keçirilməsinin zəruriliyi ilə izah edib.