Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionda kommunikasiyaların açılmasına kömək edə bilər – ABŞ səfiri

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması
regionda kommunikasiyaların açılmasına kömək edə bilər.

AzerTimes-ın
məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri
Erl Litsenberger deyib.

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması
Bakı ilə Yerevan arasında münasibətlərin də qurulmasına kömək
edəcək. Bu, regionda kommunikasiyaların açılmasına yol açacaq”, –
deyə o bildirib.

Teqlər: