Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə ilə Ermənistan arasında aviareyslər fevralın 2-dən işə düşəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqlamasında deyilir.
Nazirliyin məlumatında deyilir ki, Türkiyə tərəfindən “Pegasus” aviaşirkəti İstanbul-Yerevan istiqamətində həftədə 3 dəfə, Ermənistan tərəfindən isə əks istiqamətdə “Fly One Armenia” aviaşirkəti eyni sayda uçuş keçirmək icazəsi olub.
Uçuşlar İstanbulun Sabiha Gökçen hava limanından keçiriləcək. Yerevandan ilk təyyarə fevralın 2-də yerli vaxtla 19:50-də İstanbulda eniş edəcək. İstanbuldan isə həmin gün saat 23:35-də uçuş başlayacaq.