Türkiyə ilə əməkdaşlıqda Azərbaycan “yaşıl” enerjiyə keçid hədəflərinə daha tez çata bilər – Nazir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Türkiyə ilə əməkdaşlıqda Azərbaycan “yaşıl” enerjiyə keçid hədəflərinə daha tez çata bilər.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

Nazir qeyd edib ki, Qarabağ günəş, külək və digər növ enerjilərin hazırlanması üçün nəhəng potensiala malikdir.


“Türkiyə şirkətləri üçün Qarabağda böyük imkanlar yaradılıb. Azad edilmiş ərazilərdə reallaşdırılması planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində Azərbaycan həm dövlət, həm də özəl sektorda investorlar üçün əlverişli mühit yaradacaq. Biz Türkiyə ilə əməkdaşlıqda “yaşıl” enerjiyə keçid, eləcə də iqlim dəyişikliyi ilə mübarizədə hədəflərə daha tez çata bilərik”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: